Avropa İttifaqının xüsusi nümayəndəsi Flipp Lefort Azərbaycana səfərə gəlib

Avropa İttifaqının xüsusi nümayəndəsi Flipp Lefort Azərbaycana səfərə gəlib

Bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Flipp Lefort Bakıya səfər edib. SİA-nın məlumatına görə, hava limanında jurnalistlərə açıqlama verən F.Lefort deyib ki, bu səfər Aİ-nin regiona ciddi önəm verməsinin göstəricisidir: "Avropa İttifaqı bu regionda çox işlər görməlidir, çünki region bizim üçün böyük maraq kəsb edir. Elə buna görə də mən təyinatımdan dərhal sonra region ölkələrinin hər üçünün paytaxtına səfər etmək istədim".


Bakıda Azərbaycan prezidenti, xarici işlər naziri, müdafiə naziri, parlamentin spikeri ilə görüşəcək xüsusi nümayəndə daha sonra Tiflis və İrəvana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə