Rauf Zeyni: \"İran öz mənafeyi naminə Azərbaycanının milli və dövlətçilik maraqlarına zidd bəyanatlar verir” - MÜSAHİBƏ

Rauf Zeyni: \"İran öz mənafeyi naminə Azərbaycanının milli və dövlətçilik maraqlarına zidd bəyanatlar verir” - MÜSAHİBƏ

Milli QHT formunun prezidenti Rauf Zeyninin SəsTV-yə müsahibəsi

- İran hərbi dairələrinin eləcədə İrandakı bəzi ziyalıların Azərbaycanla bağlı qeyri-etik ifadələr səsələndirməsi və Azərbaycandakı inkişafın, getdikcə dünyada nüfuzunun artması İranı niyə narahat edir?

- Son dövrlərdə İranın hərbi rəsmiləri, istər bəzi ziyalıları, istər müəyyən dini adamları olsun müxtəlif fikirlər səsləndirirlər. Bu təbiidir. Çünki İran-Azərbaycan münasibətlərini, dünyada və regionda gedən prosesləri izləyən insanlar İranın içindən Azərbaycana qarşı bu səslərin qalxmasına, dillərin uzanmasına normal yanaşır. Doğrudan da da İran çox narahatdır. Bunun da öz səbəbləri var. Təbii ki, bu birinci növbədə dünyada gedən proseslərlə və İrana olan münasibətlə bağlıdır. İran çox gözəl başa düşür ki, o totalitar bir rejimdir.Ölkəsində yaşayan insanların hüquqlarını tanımayan, demokratik dəyərlərə, demokratik prinsiplərə imkan yaratmayan bir ölkə kimi, birinci növbədə İran bundan narahatdır ki, ölkəsində olan bu vəziyyətə görə dünyanın münasibəti ona mənfidir. Bundan irəli gələrək Türkiyə Cümhuriyyətinin regionda lider bir dövlətə çevrilməsi, eyni zamanda xüsusilə İslam ölkələri arasında dominantlıq vəziyyətini ələ keçirməsi, bundan ötrü mübarizə aparması həmçinin demokratik bir dövlət kimi qəbul olunur. Eyni zamanda Azərbaycanın regionda Cənubi Qafqazda həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən bəşəri, mütərəqqi inkişaf etmiş güclü, qüvvətli bir dövlətə çevrilməsi xüsusilə İranı narahat edir. Xüsusilə Dünya Azərbaycanlılarının III Qurultayını vurğulamaq istərdim ki, bu qurultay əvvəlki qurultaylara nisbətən bəşəri, mütərəqqi və dünyəvi hədəflərə nəzərdə tutulmuş bir qurultay idi. Bu qurultayın uğurlu keçməsi, dünya Azərbaycanlılarının təşkilatlanması, formalaşması, inkişaf xətti ilə yüksəlməsi İran rəsmilərini çox narahat edir.Ona görə də müəyyən adamların göstərişi iləAzərbaycanın milli və dövlətçilik maraqlarına zidd bəyanatlar verirlər. Bu bəyənatların verilməsini ekspertlər tərəfindən Azərbaycana olan hədə-qorxu kimi qiymətləndirilirsə də mən bunu İranın zəifliyi kimi qiymətləndirirəm.


- Bu heç bir dövlətin güclü olmasından xəbər verə bilməz. Bu bəyanatlar, eləcə də İranla Ermənistan arasında olan isti münasibətlərin fonunda deyə bilərsinizmi İran nəyə nail olmaq istəyir?

- Qeyd etdiyim kimi İranın bu günkü durumu çox acınacaqlıdır. İqtisadi, hərbi və müəyyən potensiallarına baxmayaraq İranın bir dövlət kimi onun rəhbərliyinin apardığı bir siyasətin nəticəsi olaraq bir çox hallarda uduzduğu məqamlar var. Birinci növbədə ölkəsində insan hüquqlarının, demokratik dəyərlərin bərqərar olması məsələsi, hər hansı bir formada bu və ya digər ölkələrdə həyata keçirilən terror əməliyyatlarını dəstəkləməsi, müsəlman ölkəsi olaraq işğalçı bir ölkəni dəstəkləməsi məsələsi və s. göstərmək olar. Bütün bunlarla yanaşı lider dövlət olmaq iddiasından da əl çəkmir. Bu vəziyyətdə bu sima ilə, düşüncə ilə, bu münasibətlərlə, bu siyasətlə İran rəsmiləri yalnız ölkəsinin ziyanına hərəkət edir. İran yaddan çıxardır ki, tarixi və mənəvi cəhətdən ona ən yaxın olan ölkə Azərbaycan olduğu halda bu qonşuluq münasibətlərini unudaraq Azərbaycan əleyhinə Ermənistana dəstək verir. Mənim fikirimcə bu düzgün, ağıllı və məntiqi siyasət deyil. Bu gün İran regiondakı dövlət olaraq bütün potensialını düzgün istiqamətə yönəltməli, bu münasibətlərinə son qoymalı, öz siyasətində korrektə etməlidir, əks təqdirdə İranı da məlum ölkələrin taleyi gözləyir.


- İran Türkiyədə PKK terror təşkilatına dəstək verir. Azərbaycanda bir müddət əvvəl İranın Milli Təhlükəsizlik orqanları ilə əlaqəsi olan bir qrup zərərsizləşdirilib. İrana qonşu olan dövlətlərlə münasibəti yaxşı deyil. Bütün bunların fonunda demək olarmı ki, daxildə də demokratik dəyərlər, insan haqqları pozulub. İranın süqutunu bütün bunlar yaxınlaşdırırmı?


- Siyasətdə belə bir prinsip var: "Güclü olduğunuz qədər ədalətli olun, onda daha güclü olarsınız". İran dövləti bü gün İran İslam Respublikası adlanmaqla daha güclü olmaq istəyirsə, o daha ədalətli olmalıdır. Bu gün İran siyasəti, rəsmləri Ermənistana və digər terror qüvvələrə, güclərə dəstək verməyə davam edərsə, təbii ki, bu öz süqutunu yaxınlaşdırmaq deməkdir. Bu çox ciddi bir məsələdir. Əgər İran rəsmləri, rəhbərləri bütün bunlara göz yumub bu siyasəti götürürlərsə, bu çox səhv siyasətdir. Dünyada gedən prosesləri moderinləşdirməyə, daha təkmin şəkildə idarə etməyə yönəlibsə, qonşularla dinc qonşuluq siyasətinə yönəlibsə, bütün parametrlərdə dövlətin beynəlxalq standartlara uyğun bir dövlət olmasına yönəlibsə, ölkənin apardığı siyasət gələcək inteqrasiyaya xidmət etmirsə, onda bu dövlətin perspektivindən danışmağa dəyməz. QHT-nın nümayəndəsi, bir vətəndaş, bir ekspert kimi mənim fikrimcə, bu İran rəsmilərini bu gün ciddi düşündürməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə