Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının ərazisi hasara alınıb. Sakinlərin SİA-ya verdiyi məlumata görə, ərazidə yaşayanların gediş gəlişində sıxlıq hiss olunur. Bununla əlaqədar metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva bildirdi ki, ərazinin hasara alınmasına səbəb "Həzi Aslanov" stansiyasının iki əlavə girişinin tikintisidir: "Bu stansiya yeni tikiləndə həmin ərazidə əhali o qədər də çox deyildi. Ancaq son illər orada əhalinin sayı artdığından sıxlıq müşahidə olunur. Ona görə də, yeni girişlərə ehtiyac yaranıb. Artıq layihə hazırlanır və tezliklə tikintiyə start veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB