Yoran Lindblad: “Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistana təzyiq mexanizmləri gücləndirilməlidir”
\"Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha açıq və şəffaf mövqe tutması üçün rəsmi İrəvana təzyiq mexanizmləri gücləndirilməlidir\". SİA-nın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi komitəsinin keçmiş sədri Yoran Lindblad deyib: "Bəzi ölkələr Ermənistanı silahlandırmağa son qoymalı və dünya dövlətləri və beynəlxalq təşkilatlar rəsmi Yerevanı münaqişənin sülh yolu ilə nizamlanmasına dair yenilənmiş prinsipləri imzalamağa məcbur etməlidir"- deyə o, əlavə edib.
Dağlıq Qarabağ münaqişəsinin yalnız razılaşdırılmış prinsiplər, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayan Y.Lindbland bildirib ki, təmas xəttində yenidən vəziyyətin gərginləşərək hərbi əməliyyatlara keçməsi Ermənistanın iqtisadi cəhətdən məhvinə gətirib çıxaracaq.
ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan isveçli diplomat: "Qurum üzvləri bu istiqamətdə səylərini artırmalıdır"-deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB