Azərbaycan Türkiyədən helikopterlər alacaq

Azərbaycan Türkiyədən helikopterlər alacaq

Azərbaycan İtaliyanın lisenziyası əsasında Türkiyədə istehsal olunan helikopterlər alacaq. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzetində məlumat verilib.

Türkiyədə İtaliya ilə əldə edilmiş razılaşmaya uyğun olaraq müxtəlif təyinatlı helikopterlərin istehsalına başlanılacaq.

Qardaş ölkədə istehsal olunacaq helikopterlərin üçüncü ölkələrə satışını Türkiyə həyata keçirəcək.

Qeyd olunur ki, artıq Azərbaycan, Pakistan, Malayziya və İordaniyadan helikopterlərin alınması üçün sifarişlər daxil olub.

Qeyd edək ki, sifarişlərin nə zaman reallaşacağı barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə