Elçin Quliyev: \"İrandan Azərbaycana narkotiklərin daxil olmasının sayı artıb\"

Elçin Quliyev: \"İrandan Azərbaycana narkotiklərin daxil olmasının sayı artıb\"

\"Son illər ərzində bilavasitə dövlət sərhədində sərhədpozmaya cəhdlərin təqribən 90 faizinin qarşısı məhz sərhəddə alınır\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib: "Bu isə statistikaya əsasən çox ciddi bir rəqəmdir. İstər beynəlxalq terrorçuluğa qarşı mübarizə çərçivəsində, istər qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində, istərsə də narkotiklərin qeyri-leqal qanuni dövriyəsinə qarşı mübarizə çərçivəsində həm son illərin nəticələri, həm də 2011-ci ilin nəticələri digər illərə nisbətən daha yüksəkdir".

DSX-nin sədri, general-leytenant Elçin Quliyev həmçinin İran istiqamətindən Azərbaycana narkotiklərin daxil olmasının sayının artdığını vurğulayıb: "İran-Azərbaycan sərhədində dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması çox yüksəkdir. Düzdür, narkotiklərin qeyri-qanuni dövriyyəsi və İran istiqamətindən Azərbaycana narkotiklərin daxil olmasının sayı artsa da Azərbaycan Sərhəd Mühafizəsi qüvvələri və digər hüquq mühafizə orqanları tərəfindən görülən zəruri tədbirlər səviyyəsində bütün bunların qarşısı alınmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə