Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı öz işinə başlayacaq. SİA-nın xəbərinə görə, Somali hökumətinin çağırışı ilə keçiriləcək toplantıya quruma üzv 57 ölkədən nümayəndə dəvət olunub. Toplantının əsas mövzusu Somalidə 3 milyondan artıq insanın üzləşdiyi aclıq, fəlakətin aradan qaldırılması üçün təşkilatın atacağı təxirəsalınmaz addımlar, bölgəyə yardımların göstərilməsi müzakirə olunacaq.

Toplantıda həmçinin islam ölkələri arasında əməkdaşlığın gücləndirilməsi yolları araşdırılacaq. Gələcəkdə üzv ölkələrdə bu cür fəlakətlərin baş verməməsinə dair fikir mübadiləsi aparılacaq

Qeyd edək ki, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun da qatılacağı İƏT-in İcra Komitəsi 2006-cı ildən sonra ilk dəfə Ciddədən kənarda – İstanbulda toplanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə