ABŞ-ın “Magic Jack” telefon şirkəti Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərib - PROTEST
Dünyanın demək olar ki, bütün ölkələrinə internet vasitəsilə telefon zəngləri etmək imkanı verən Amerikanın məşhur telefon şirkəti "Magic Jack" beynəlxalq tariflərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanın adı altında göstərib. SİA-nın verdiyi məlumata görə, fakt ABŞ-da yaşayan azərbaycanlıların narazılığına səbəb olub.
Şirkət öz internet saytında Dağlıq Qarabağı 37447 indeksi altında göstərib. Şirkətin internet saytında (https://web05.magicjack.com/my/international/) bu istiqamətdə zəngin bir dəqiqəsinin qiyməti 0.33 dollar olduğu göstərilib.
Azərbaycan diasporu "Magic Jack" şirkətinə məktub göndərərək bu böyük səhvin tez bir zamanda aradan qaldırılmasını tələb edib: "Dağlıq Qarabağ BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, BMT Baş Assambleyasının bir neçə qətnaməsi əsasında və Dövlət Departamenti tərəfindən Azərbaycanın de yure ərazisi olaraq tanınıb və tanınır".
Qeyd edək ki, "Magic Jack" dünyaya yanlış siqnal göndərir və mövcud müştəriləri çaşdırır. Belə olan halda şirkət rəsmiləri bilməlidirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq hətta BMT, ATƏT, AŞPA və NATO kimi beynəlxalq təşkilatlar tərəfindən tanınır.
Şirkət hələlik bu məsələ ilə bağlı münasibət bildirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB