Böyük Britaniya səfiri səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk edəcək

Böyük Britaniya səfiri səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk edəcək

Avqustun 17-də Böyük Britaniya səfiri Karolin Braun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk edəcək. SİA-nın məlumatına görə, Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Piter Beytman səlahiyyətlərinin icrasına sentyabrın sonunda başlayacaq.

P.Beytman 20 ildən çox Böyük Britaniyanın Xarici İşlər Nazirliyi sistemində, habelə müxtəlif beynəlxalq strukturlarda diplomatik vəzifələrdə işləyib. Azərbaycana səfir təyin edilməzdən əvvəl o, Lüksemburqda öz ölkəsini təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə