Klassik Xalq Cəbhəsi Partiyası İran ordusunun baş qərargah rəisi H.Firuzabadinin İranın "Mehr" saytında Azərbaycanda dini azadlıqların və islam dəyərlərinin boğulması ilə bağlı bəyanatını pisləyib.
KXCP-nin mətbuat xidmətindən SİA-ya verilən məlumatda deyilir ki, təhdid xarakterli siyasi ifadələr işlədən, Azərbaycanı "Aran ", Azərbaycan xalqını isə "iranlılar" adlandıran qərargah rəisinin bəyanatı İranın yüksək rütbəli məmurunun səlahiyyət həddini aşması və Azərbaycana qarşı hörmətsizlikdir və bu iki dövlət arasındakı münasibətləri pozmağa yönəlmiş cəhddir.
Partiya hər iki dövlətin rəhbərliyindən İran ordusunun baş qərargah rəisi H.Firuzabadinin bəyanatındakı sərsəm fikirlərinə təcili rəsmi münasibət bildirilməsini tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB