Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər əl-Əsədlə görüşüb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər əl-Əsədlə görüşüb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər əl-Əsədlə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüş zamanı ən çox Suriyanın başlatdığı hərbi əməliyyatlar müzakirə edilib. Türkiyə respublikasının xarici işlər naziri Ə.Davudoğlu görüş zamanı ölkəsinin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərini ona çatdırıb. Qeyd edək ki, saat 11-də başlayan görüşdə Suriya lideri ilə yanaşı xarici işlər naziri Vallid Mualim də iştirak edib. Görüşmədən öncə Türkiyə xarici işlər nazirinin soyuq qarşılanması diqqət çəkən məqamlardan idi və baş verən son hadisələr rəsmi Ankara ilə Şam arasındakı münasibətlərin gərginləşdiyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə