Vahid Əhmədov: "ABŞ-da defoltun elan edilməsi dünya ölkələrində ciddi böhran yarada bilərdi" - MÖVQE

Vahid Əhmədov: "ABŞ-da defoltun elan edilməsi dünya ölkələrində ciddi böhran yarada bilərdi" - MÖVQE

"Hazırda dünyada iqtisadi vəziyyət qeyri-stabildir. Avropanın bir sıra ölkələrində, Portuqaliya, İspaniya, Yunansıtan və digər dövlətlərdə böhran davam edir. ABŞ-da defoltun elan edilməsi vəziyyəti daha da gərginləşdirə bilərdi". SİA-nın yap.org.az-a istinadən verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, ABŞ-a borc verən ölkələr bocların ödənilməsini gözləyirlər. Bu prosesin Azərbaycana təsir etməsinə gəlincə, iqtisadçı millət vəkilinin sözlərinə görə, Azərbaycan 2008-ci ilin maliyyə böhranından uğurla çıxdı.

"Azərbaycan dünyanın bir hissəsidir. Əgər dünya yeni bir böhranla üzləşərsə, bu, Azərbaycana da təsir edə bilər. Amma ötən dövrdə olduğu kimi ölkəmizdə həyata keçirilən ciddi iqtisadi tədbirlər nəticəsində bu təsiri minimuma endirmək mümkündür. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı davam etməlidir. Hazırda dünyada əsasən iki tip problem var. Bunlar maliyyə və ərzaq problemləridir. Hər iki məsələdə Azərbaycan düzgün siyasət yeridir və dünyada baş verən böhranlardan yayınmaq üçün islahatları davam etdirmək lazımdır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda ərzaq təhlükəsizliyi təmin olunub", - deyə komitə üzvü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə