Pakistan prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Pakistan prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Pakistan prezidenti Asif Əli Zərdarinin Azərbaycana səfəri planlaşdırılır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə xəbəri diplomatik mənbə bildirib.

Mənbənin verdiyi məlumata əsasən, hazırda diplomatik yollarla səfərin vaxtı dəqiqləşdirilir. Səfər zamanı iki dövlət arasında ikitərəfli əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivlərini o, cümlədən ortaq maraq kəsb edən regional və beynəlxalq vəziyyəti müzakirə edib dəyərləndirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə