İsti hava şəraiti davam edəcək

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin SİA-ya verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə olacaq.

Onun sözlərinə görə, Azərbaycanın rayonlarında iyulun 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Kiçik Qafqazın bəzi ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 27-32 dərəcə isti olacaq. Eyni zamanda yaxın 2 gündə Abşeron yarımadasında zəif küləklər üstünlük təşkil edəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...