Miroslav Layçak: “Aİ Qarabağ münaqişənin həlli prosesində rolunu Minsk qrupunun hesabına fəallaşdıran deyil”
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz rolunu artırmaq niyyətindədir. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Xarici Siyasət Xidmətinin \"Şərq tərəfdaşlığı\" məsələləri üzrə icraçı direktoru Miroslav Layçak \"Azadlıq radiosunun\" Ermənistan xidmətinə müsahibəsində bildirib. O, qeyd edib ki, qurum münaqişənin həllində rolunu ATƏT-in Minsk qrupunun hesabına fəallaşdıran deyil: "Aİ Dağlıq Qarabağ münaqişənin siyasi həll yolu ilə çözülməsi üzrə Minsk qrupununun səylərini dəstəkləyir. Hazırda Aİ ATƏT-in Minsk qrupu ilə münaqişənin həlli istiqamətində nə vaxt və necə hansı konkret addımlar ata bilməsi barədə danışıqlar aparır. Lakin bu sualın cavabı Minsk qrupu ilə müzakirələrdən deyil, danışıqlardan asılıdır".
Layçak bildirib ki, Brüssel münaqişənin həllində tərəflərə bir sıra köməklik göstərə bilər: "Məsələn, tərəfləri yaxınlaşdıra, cəmiyyətlər arasında dialoqu stimullaşdıra, Avropa standartlarını əlavə edə bilər. Eyni zamanda Aİ-nin bu münaqişənin həllində marağının ən yüksək sübutlarından biri çox tezliklə xarici siyasət üzrə ali komissar Ketrin Eştonun Aİ-nin Cənubi Qafqaz üzrə yeni nümayəndəsini təyin etməsi faktı olacaq. Bu təyinat Aİ-nin Cənubi Qafqaz üzrə mövqeyini, marağını və siyasətini reallaşdırmağa imkan verən tədbir olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB