Görüşdə əsas prinsiplərin razılaşdırılması ilə bağlı aparılan danışıqlar prosesində tərəqqinin olduğu qeyd edilib.
Görüşün sonunda prezidentlər tərəfindən birgə bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, dövlət başçıları bir sıra məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə ediblər. Həmin məsələlərin həlli əsas prinsiplərin razılaşdırılması üçün məqbul şəraitin yaranmasına kömək edir.
Bütün bunlarla yanaşı, bəyanatda dövlət başçılarının Qarabağ nizamlanmasının əsas prinsipləri layihəsinin razılaşdırılması məqsədi ilə aparılan işin gedişatını nəzərdən keçirdikləri vurğulanıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri Rusiya, ABŞ və Fransa liderlərinə Qarabağ probleminin nizamlanmasına göstərdikləri daimi diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Rusiya prezidentinin razılaşmaların əldə olunmasına kömək məqsədi ilə səylərini yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB