Millət vəkili Ceyhun Osmanlının dəvəti ilə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe Sabirabad rayonuna səfər edib. SİA-nın məlumatına görə, səfiri səfər zamanı onun xanımı və səfirliyin əməkdaşı Yoşiko Ozava müşayiət edib. Səfər zamanı cənab Vatanabe ilk öncə İcra Hakimiyyətində olub. Burada icra başçısının 1-ci müavini Vəfadar Bağırov tərəfindən səfirə Sabirabad rayonu haqqında, 2000-cu ildə baş vermiş sel-su fəlakəti barədə və fəlakətdən sonra aparılan yenidənqurma işləri haqqında məlumat verilib. Gənclər Mərkəzində Sabirabad gənclərinin asudə vaxtını keçirmələri üçün yaradılan şəraitlə yaxından tanış olan səfir "İRƏLİ" İctimai Birliyinin Sabirabad nümayəndəliyi və Sabirabadda fəaliyyət göstərən online Sradio ilə də tanış olub və müsahibə verib.
Səfər çərçivəsində cənab səfir Şəfi Babayev adına Surra kənd tam orta məktəbinə gəlib və buradakı vəziyyət haqda geniş məlumat alıb. Daha sonra Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbinə gələn səfir burada aparılan təmir və yenidənqurma işləri ilə tanış olub.
Səfirin şərəfinə verilən nahar ziyafətindən sonra rəsmilər Kür və Araz çaylarının qovşağında olublar. Bu iki çay Sabirabad rayonunda birləşdiyinə görə Sabirabadın Suqovuşan adı ilə də məşhur olduğu haqda səfirə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB