Milli Qurtuluş Günü möhtəşəm atəşfəşanlıq olacaq

Milli Qurtuluş Günü möhtəşəm atəşfəşanlıq olacaq

Əziz həmvətənlər!

Hörmətli bakılılar və şəhərimizin qonaqları!

Bakı şəhər İcra Hakimiyyəti Milli Qurtuluş günü münasibəti ilə iyunun 15-də saat 21:00-da Dənizkənarı Milli Parkda, saat qülləsinin yanında, tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı və 23:00-da möhtəşəm atəşfəşanlıq təşkil edəcək.

SİA-ya verilən məlumatına görə, Bakı şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını möhtəşəm bayram şənliyinə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə