Milli Məclisin növbədənkənar sessiyası iyunun 10-da keçiriləcək. SİA-nın verdiyi məlumata görə, növbədənkənar sessiyanın gündəliyinə Mülki Prosessual Məcəlləyə, Əmək Məcəlləsinə, "Əmək pensiyaları haqqında", "Ölkədən getmək və ölkəyə gəlmək, pasportlar haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İcra məmurları haqqında" qanunlara dəyişikliklər ediləcək.
Sessiya müddətində deputatlar, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, eləcə də İnzibati və Cinayət Prosessual məcəllələrinə təklif olunan dəyişikliklərə də münasibət bildirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB