Müasir suvarma üsullarından istifadə ilə bağlı 50 %-ə qədər dövlət güzəştləri olacaq -MƏCNUN MƏMMƏDOV
Azərbaycanda aqrar sektora veriləcək yeni subsidiyalar bu sahəni ciddi şəkildə təşviq edəcək.
SİA xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq heyvandarlıq və balıqçılıqla bağlı subsidiya tətbiq ediiləcək. "Ümumilikdə inanırıq ki, bu subsidiyalar kənd təsərrüfatında yeni investisiyalara, eyni zamanda dayanıqlığa səbəb olacaq".
Nazir xatırladıb ki, müasir suvarma üsullarından istifadə ilə bağlı bəzi istiqamətlərdə artıq 50 %-ə qədər dövlət güzəştləri olacaq: "Burada əsas məqsəd daha az resursla (su ilə) daha çox məhsul istehsalına nail olmaqdır".
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB