Biz daha güclü və iqlimə davamlı ərzaq sistemləri qurmaq imkanına sahibik -MUXTAR BABAYEV

Biz daha güclü və iqlimə davamlı ərzaq sistemləri qurmaq imkanına sahibik -MUXTAR BABAYEV

İqlimə davamlı ərzaq sistemi üçün bütün tərəflər birgə çalışmalıdır.

SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.

Onun sözlərinə görə, iqlimə davamlılıq kənd təsərrüfatının gələcəyi haqqında düşüncələrimizin ayrılmaz hissəsinə çevrilməlidir: "Bu, əlavə bir tələb kimi deyil, kənd təsərrüfatının uzunmüddətli uğurunun şərti kimi qəbul edilməlidir. Bu yanaşma hökumətlərin, beynəlxalq tərəfdaşların, maliyyə institutlarının, özəl sektorun və fermerlərin özlərinin birgə fəaliyyətini tələb edir. Məqsəd böyükdür, lakin biz daha güclü və iqlimə davamlı ərzaq sistemləri qurmaq imkanına sahibik".

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə