"Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi bir missiya yerinə yetirilib" - ŞƏRH
"Cənab Prezidentimiz vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfərlər edir. Səfərləri zamanı hər dəfə öz doğma torpaqlarına qayıtmış yerli sakinlərlə görüşür, onların yaşayış şəraiti ilə maraqlanır. Prezident gələcək planlar barədə sakinləri məlumatlandırır. Eyni zamanda bu görüşlər xalq-hakimiyyət birliyinin bariz nümunəsinə çevrilir. Sakinlərin Cənab Prezidentə münasibəti, onun gördüyü böyük işlərə verdikləri yüksək qiymət bu görüşlərin əsas xüsusiyyətlərindən biri hesab oluna bilər".
Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, görülən işlər onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi bir missiya yerinə yetirilib:
"Torpaqlar işğaldan azad olunub, xalqın özünə inamı öz nəticəsini verib. Bu gün həmin ərazilərdə yeni həyat qurulur. Bütün məsələlər əvvəlcədən diqqətlə planlaşdırılır. Artıq həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi adi hala çevrilib və beynəlxalq ictimaiyyət Azərbaycanın gördüyü bu işləri yüksək qiymətləndirir.
Eyni zamanda Cənab Prezident Azərbaycana yönələ biləcək istənilən təhdidlərə qarşı əvvəlcədən qəti mövqe nümayiş etdirir. Əlbəttə, artıq müharibə və hərbi əməliyyatlar dövrü başa çatıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bununla belə, xaricdə hansısa qüvvələr Azərbaycanı yenidən sınağa çəkmək fikrinə düşərlərsə, Azərbaycan buna hər zaman hazırdır.
Cənab Prezident, Ali Baş Komandan kimi, Silahlı Qüvvələrimizin daim yüksək döyüş hazırlığında olmasına xüsusi diqqət yetirir. Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına yönəlib. Azərbaycan bütün ölkələrlə mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlər qurmaq istədiyini nümayiş etdirir.
Bununla yanaşı, Azərbaycana qarşı yönələn istənilən təhdidə və təxribat cəhdinə ən yüksək səviyyədə cavab verməyə hazırdır. Bunun üçün Azərbaycanın güclü dövləti, qüdrətli ordusu və vətəndaşlarının inamı var. Azərbaycan hakimiyyəti bu istiqamətdə zəruri qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək.
Eyni zamanda beynəlxalq hüquqa əsasən Azərbaycan müstəqil dövlət kimi öz hüquqlarını bütün qanuni vasitələrlə müdafiə etməyə hər zaman hazırdır. Bununla belə, arzumuz odur ki, heç kim Azərbaycanın dinc quruculuq işlərinə mane olmaq niyyətinə düşməsin. Əks halda, layiqli cavabını alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB