"ABŞ üçün məhz danışıqlar masasında yeni razılaşmaların əldə olunması maraqlıdır" - ŞƏRH

"ABŞ üçün məhz danışıqlar masasında yeni razılaşmaların əldə olunması maraqlıdır" - ŞƏRH

"Amerika Birləşmiş Ştatları ilə İran arasında atəşkəs qüvvədədir və tərəflər arasında da memorandum imzalanıb. Düşünürəm ki, hərbi əməliyyatların dayandırılmasından sonra tərəflər arasında danışıqlar yenidən başlayacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İranda artıq mötədil, islahatçı qanadın mövqeyi güclənib:

"Onlar ABŞ ilə razılaşmalara daha yaxındırlar. Həmçinin parlament rəhbərliyi və digər siyasi dairələrdə də bu istiqamətdə müəyyən meyillər müşahidə olunur. Düşünürəm ki, ABŞ üçün də məhz danışıqlar masasında yeni razılaşmaların əldə olunması maraqlıdır. Tərəflər arasında iqtisadi əlaqələrin bərpası fonunda sanksiyalar mərhələli şəkildə aradan qaldırıla bilər. Bundan əvvəl də ABŞ İran neftinə tətbiq olunan bəzi sanksiyaları yumşaldıb. Hesab edirəm ki, normallaşma prosesi başlaya bilər. Amma hazırda, qeyd etdiyim kimi, atəşkəs qüvvədədir. Xarici işlər nazirləri səviyyəsində və ekspert qrupları çərçivəsində iş aparılır və proseslər bu müstəvidə davam edir. Hesab edirəm ki, hərbi eskalasiya baş verməyəcək və məsələlər danışıqlar yolu ilə həll olunacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə