Britaniya Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək niyyətindədir - Dunkan Norman
London Bakı ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.
SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, həyatını Azərbaycanın müdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad etdim. Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır", - diplomat qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB