İyunun 25-də TÜRKPA ilə Qlobal Tolerantlıq və Sülh Şurası (QTSŞ) arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Protokolu imzalanıb.
TÜRKPA-dan SİA-ya bildirilib ki, qurumun Baş katibi Ramil Həsən sənədin beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafına, eləcə də regionda və dünyada sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
QTSŞ-nin Prezidenti Ahmed Bin Mohammad Al-Jarwan isə TÜRKPA ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirərək, imzalanmış Niyyət Protokolunun iki təşkilat arasında münasibətlərin daha da inkişafına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edəcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB