“YAP müdrik dövlət xadiminin əbədiyaşar ideyalarına yüksək sədaqət nümayiş etdirir” -TAHİR BUDAQOV

“Heydər Əliyev ideyalarının yaşadılmasında, Qurtuluş məfkurəsinin gənc nəslə aşılanmasında Ulu Öndərimizin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin liderliyi ilə öz fəaliyyətini inamla davam etdirən Yeni Azərbaycan Partiyasının müstəsna rolu var: “Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi öz sıralarında 750 mindən çox vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası müdrik dövlət xadiminin əbədiyaşar ideyalarına yüksək sədaqət nümayiş etdirərək ölkəmizin inkişafına mühüm töhfələr verir”.
SİA xəbər verir ki bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” mövzusunda keçirilən tədbirdə deyib.

Partiyamız dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəfləri bundan sonra da müvəffəqiyyətlə yerinə yetirmək əzmindədir”.

YAP Sədrinin müavini bildirib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirərək mədəniyyət və incəsənət sahəsinə daim yüksək diqqət göstərmişdir: “Onun təşəbbüsü ilə mədəniyyətimizin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yaradıcı insanların əməyi hər zaman yüksək dəyərləndirilmişdir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən tarixi irsimizin, o cümlədən mədəniyyətimizin qorunaraq yaşadılmasına xüsusi önəm verilir və bu istiqamətdə ardıcıl işlər görülür. Heç şübhəsiz, zəngin tarixi ənənələrimizin qorunmasında və Qurtuluş məfkurəsinin gənc nəslə çatdırılmasında mədəniyyət xadimlərinin də üzərinə böyük məsuliyyət düşür. Heydər Əliyev irsini yaşatmaq, Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün vəzifələri yerinə yetirmək və dövlətçiliyimizi daha da möhkəmləndirmək üçün milli maraqları daim qorumalı və dövlətə sədaqətlə xidmət etməliyik”.

Tahir Budaqovun sözlərinə görə, Heydər Əliyev ideyalarının yaşadılmasında, Qurtuluş məfkurəsinin gənc nəslə aşılanmasında Ulu Öndərimizin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin liderliyi ilə öz fəaliyyətini inamla davam etdirən Yeni Azərbaycan Partiyasının müstəsna rolu var: “Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi öz sıralarında 750 mindən çox vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası müdrik dövlət xadiminin əbədiyaşar ideyalarına yüksək sədaqət nümayiş etdirərək ölkəmizin inkişafına mühüm töhfələr verir. Partiyamız dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəfləri bundan sonra da müvəffəqiyyətlə yerinə yetirmək əzmindədir”.

YAP Sədrinin müavini bildirib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirərək mədəniyyət və incəsənət sahəsinə daim yüksək diqqət göstərmişdir: “Onun təşəbbüsü ilə mədəniyyətimizin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yaradıcı insanların əməyi hər zaman yüksək dəyərləndirilmişdir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən tarixi irsimizin, o cümlədən mədəniyyətimizin qorunaraq yaşadılmasına xüsusi önəm verilir və bu istiqamətdə ardıcıl işlər görülür. Heç şübhəsiz, zəngin tarixi ənənələrimizin qorunmasında və Qurtuluş məfkurəsinin gənc nəslə çatdırılmasında mədəniyyət xadimlərinin də üzərinə böyük məsuliyyət düşür. Heydər Əliyev irsini yaşatmaq, Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün vəzifələri yerinə yetirmək və dövlətçiliyimizi daha da möhkəmləndirmək üçün milli maraqları daim qorumalı və dövlətə sədaqətlə xidmət etməliyik. Bu yolda hər birinizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə