Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.
SİA xəbər verir ki, dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.
Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdirdilər.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.
-Hörmətli Kasım-Jomart Kemeleviç.
Hörmətli dövlət başçıları.
İlk növbədə, göstərilən səmimi qonaqpərvərliyə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində olmaqdan çox məmnunam. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır.
Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir.
Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir.
Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək.
Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.
Hörmətli həmkarlar, Zirvə Görüşünün mövzusu dövrümüzün çağırışlarını və prioritetlərini əks etdirir. Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.
Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır.
Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır.
Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.
Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.
Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış “e-Permit” sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir.
Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
İqtisadiyyat 15:03Sabah rayonlara yağış yağacaq
Sosial 14:04ABŞ qütbləşən ikipartiyalı sistemin girovunda - ANALİTİK
Siyasət 13:02Sağlam qidalanmada 6 səhv - DİETOLOQ DANIŞIR
Maraqlı 12:43Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçiriləcək
İqtisadiyyat 11:44Qusarda Aqrar Biznes və I İntensiv Meyvə Bağları festivalları keçiriləcək
İqtisadiyyat 10:23Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:13Bakının bu iki qəsəbəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
Sosial 01:22PSJ UEFA Superkubokunun qalibi oldu - TƏCİLİ
İdman 01:18Yevlaxda "Naz Lifan" və "Mercedes" toqquşub
Hadisə 01:03Ekrem İmamoğlu CHP-dən istefa verdi - TƏCİLİ
Dünya 00:22"Ölkəmizlə Çin arasında biznes əlaqələrinin şaxələnməsi..." - Mikayıl Cabbarovdan PAYLAŞIM
İqtisadiyyat 12 Avqust 23:31AzTV-nin əməkdaşı faciəvi şəkildə ölüb
Sosial 12 Avqust 23:19Romelu Lukaku "Fənərbağça"da!
İdman 12 Avqust 23:04Bakıda avtobus yanıb - FHN məlumat yaydı
Hadisə 12 Avqust 22:31"Sən mənim atam, dostum və nümayəndəm oldun" - Messidən vida MESAJI
İdman 12 Avqust 22:17Tümendən Bakıya uçan təyyarə təcili eniş edib - TƏCİLİ
Sosial 12 Avqust 22:03Smart özünün ikonik şəhər elektrik avtomobilini geri qaytarır...
Texnologiya 12 Avqust 21:52Əlavə səy göstərmədən necə yaxşı yatmağın yolları açıqlanıb...
Səhiyyə 12 Avqust 21:28Michael Kors brendin 45 illik yubileyini məşhur ulduzlarla qeyd edir
Dəb 12 Avqust 21:06Azərbaycanın ilk VR sinfi qurulur
Təhsil 12 Avqust 21:06Rusiyanın neft sənayesi tənəzzüldədir…
Dünya 12 Avqust 20:51Kreml əsəbidir…
Dünya 12 Avqust 20:28Rusiya iqtisadiyyatı ikiqat zərbəyə məruz qalıb...
İqtisadiyyat 12 Avqust 20:07Tatyana Kim məktəbə qayıdacaqmı?
Dünya 12 Avqust 19:51Trampa baxmayaraq, Kiyev Rusiyaya qarşı kozır tapdı…
Dünya 12 Avqust 19:26Paşinyan Zelenski ilə telefonla danışıb
Dünya 12 Avqust 19:23Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var
Hadisə 12 Avqust 19:13Ekspert Rusiyada artıq baş verən mühüm bir hadisə barədə danışır...
Dünya 12 Avqust 19:07ABŞ Hörmüz boğazına tam nəzarət edir və...
Dünya 12 Avqust 19:02Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
Sosial 12 Avqust 19:02Müsəlmanlar üçün təhsil modeli necə olmalıdır?
Sosial 12 Avqust 18:51"Bu, matçı daha maraqlı edir..."
İdman 12 Avqust 18:41“Hər şey sentyabr ayına yaxın başlayacaq…”
Dünya 12 Avqust 18:27Mahmud Abbas Türkiyədə səfərdədir
Dünya 12 Avqust 18:21Mingəçevirdə Gəncə sakini su anbarında boğulub
Hadisə 12 Avqust 18:16DSX işçilərinə xüsusi təklif...
İqtisadiyyat 12 Avqust 18:12Rusiya büdcəsindəki boşluq daha da böyüyüb...
İqtisadiyyat 12 Avqust 18:05Bakıda 16 istiqamətdə sıxlıq var
Sosial 12 Avqust 17:54"Strateji əlaqələri gücləndirmək olduqca vacibdir"
Siyasət 12 Avqust 17:46Sabunçuda atasını öldürən şəxslə bağlı cəza tələb edilib
Sosial 12 Avqust 17:34Mərkəzi Bankda kapital bazarının inkişafı üzrə müzakirələr aparılıb
İqtisadiyyat 12 Avqust 17:20Bəzi yerlərdə intensiv yağış yağır - FAKTİKİ HAVA
Sosial 12 Avqust 17:07Kirayə mənzil qiymətində bahalaşma gözlənilirmi? - EKSPERT AÇIQLADI
Sosial 12 Avqust 16:34Çində “Long March 7A” raketi partladı – ilk uğursuzluq
Dünya 12 Avqust 16:25“Naxçıvan bu strategiyanın mühüm ünvanlarından biridir” - ŞƏRH
Siyasət 12 Avqust 16:24Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!
Siyasət 12 Avqust 16:15AFFA-da UEFA B kateqoriyalı məşqçi kursuna start verilib
İdman 12 Avqust 16:12Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Təhsil 12 Avqust 16:11Zəngəzur dəhlizi: Azərbaycanın strateji hədəfindən regional nəqliyyat arteriyasına
Siyasət 12 Avqust 15:11“Prezidentin müsahibəsi regiona verilən mühüm mesajdır” - ŞƏRH
Siyasət 12 Avqust 15:07AMADA Azərbaycan Voleybol Federasiyasında maarifləndirici tədbir keçirib
İdman 12 Avqust 14:33Lənkəranda meşədə iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb
Hadisə 12 Avqust 14:31Naxçıvanın yeni əsri - ANALİZ
Siyasət 12 Avqust 14:02"Məktəbəqədər təhsil uşağın gələcək akademik uğurunun təməlidir" - TƏHSİL EKSPERTİ
Təhsil 12 Avqust 13:43“Naxçıvan artıq dünyaya açılır və Asiyanın nəqliyyat habına çevrilir” - POLİTOLOQ
Siyasət 12 Avqust 13:32Trampdan İrana xəbərdarlıq
Dünya 12 Avqust 13:24Tramp NATO sammitindən sonra təyyarəsini niyə dəyişib? - AKTUAL
Siyasət 12 Avqust 13:22Gürcüstan Rusiyadan nəyi tələb edir?
Siyasət 12 Avqust 13:19Moskva Ermənistana ultimatum verdi
Siyasət 12 Avqust 13:17Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları tutulub
Hadisə 12 Avqust 13:15Sabah 37 dərəcə isti olacaq
Hadisə 12 Avqust 13:13"Naxçıvan regional bağlantıların mühüm qovşağına çevrilir" - POLİTOLOQ DANIŞDI
Siyasət 12 Avqust 12:50“TRIPP Azərbaycanın regional nəqliyyat siyasətində yeni səhifə aça bilər” - DEPUTAT
Siyasət 12 Avqust 12:37“Naxçıvan yaxın gələcəkdə qlobal geoiqtisadi layihələrin mərkəzində olacaq” - MİLLƏT VƏKİLİ
Siyasət 12 Avqust 12:30İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakansiyalar üçün müsahibə elan edilib
Sosial 12 Avqust 12:12Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb
Siyasət 12 Avqust 12:11Azərbaycanda bəzi yerlərdə yağış yağır
Hadisə 12 Avqust 12:10“Həqiqi güc insanın hər şeyi təkbaşına daşıması deyil” - PSİXOLOQ
Sosial 12 Avqust 12:10"Naxçıvanda enerji istehsalının imkanları genişlənir" - ŞƏRH
Siyasət 12 Avqust 12:01Sülh insanlığın rəmzidir - TƏHLİL
Siyasət 12 Avqust 11:58"Hörmüz boğazı ABŞ-İran savaşının əsas mübarizə meydanına çevrilib" - ŞƏRH
Siyasət 12 Avqust 11:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9593
-0,09%
-
GBP
2,2942
-0,08%
-
RUB
2,0510
-0,44%



