Avropa Putinin və Trampın dostlarından təmizlənir...

“Macarıstanda keçirilən son parlament seçkiləri bu ölkə üçün təkcə tarixi dəyişiklik və rekord seçici fəallığı baxımından yaddaqalan olmadı. Bu seçkilər həm də artıq fasiləsiz olaraq 16 ildir hakimiyyət başında olan və daha çox Vladimir Putinlə Donald Trampın dostu kimi ad çıxarmış bir şəxsin despot hakimiyyətinin “son zəngi” oldu”. Hakimiyyətdə olduğu 16 il ərzində fasiləsiz olaraq Avropa siyasi kursuna qarşı mövqe sərgiləyən, Ukraynaya qarşı kəskin mövqeyi ilə seçilən, əvvəlcə Rusiya lideri V.Putinlə, son illərdə isə ABŞ prezidenti Donald Trampla həmrəylik siyasəti yürüdən Viktor Orban və hakimiyyəti artıq tarixə çevrildi”.

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, yeni Macarıstan hakimiyyəti ölkəni avroatlantik siyasi kursa qaytaracağını vəd etdiyi üçün rəsmi Budapeştin xarici siyasət kursunda ciddi dəyişiklik gözlənilir: ”Demək olar ki, Rusiyanın Avropadakı “əsas qolu” dibindən qoparıldı. Bura D.Trampın Avropa İttifaqındakı daha bir dəstəkçisinin itirilməsi də daxildir. V.Orban zaman-zaman Avropa İttifaqında xaotik vəziyyətin yaradılması üçün addımlar atırdı. Ona görə də Avropa qitəsində daha çox despot hakimiyyət sahibi sayılan V.Orban rejiminin süqutu həm də Avropa İttifaqının daha kompakt şəkildə təşkilatlanması baxımından önəmli faktdır. Unutmayaq ki, Macarıstan Avropa strateji baxımdan olduqca önəmli ölkədir”.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə