Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.
SİA xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib.
Gündəliyin ilk məsələsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsidir.
İclasda “Uşaq hüquqları haqqında” qanun layihəsi üçüncü oxunuşda, eləcə də Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrində və bir sıra digər qanunlarda dəyişiklikləri nəzərdə tutan layihələr üçüncü oxunuşda müzakirə olunur. Həmçinin Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər, “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif olunan dəyişikliklər də üçüncü oxunuşda baxılır.
Bundan başqa, Əmək və Cəzaların İcrası məcəllələrində, müdafiə, hərbi xidmət, polis və digər sahələrlə bağlı qanunvericiliyə dəyişikliklər, eləcə də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə bağlı layihə ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB