"Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bütün siyasi dairələrdə və beynəlxalq müstəvidə yüksək qiymətləndirildi. Səfərin ilk günündən etibarən qarşılanma mərasimi bunun bariz göstəricisi oldu".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi Azərbaycan Prezidentini şəxsən hava limanında qarşıladı və ona xüsusi diqqət göstərdi ki, bu da səfərin yüksək statusunu açıq şəkildə nümayiş etdirdi.
Daha sonra Azərbaycan Prezidenti Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri birgə tədbirlərində iştirak etdi, rəsmi hədiyyələrin təqdim olunması mərasimi keçirildi və Azərbaycan tərəfinə xüsusi ehtiram göstərildi. Bu, Azərbaycanın və Prezidentin beynəlxalq arenada malik olduğu yüksək nüfuzun praktik təzahürü idi.
Səfər ümumilikdə olduqca məhsuldar keçdi. Ölkə başçısı səfər çərçivəsində bir sıra mühüm və faydalı görüşlər keçirdi. Eyni zamanda, həmin vaxt Ermənistan Baş nazirinin də səfərdə olması və ABŞ ilə Birləşmiş Ərəb Əmirliklərinin iştirakı ilə keçirilən çoxtərəfli görüşdən sonra Azərbaycan Prezidenti ilə təmasların baş tutması, yeni reallıqlar fonunda Azərbaycan–Ermənistan münasibətlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Bu görüşlər zamanı Azərbaycan–Ermənistan iqtisadi əlaqələrinin perspektivləri, normallaşma prosesi, eləcə də sülh müqaviləsinin bağlanması istiqamətində mövcud çətinliklər və gələcək addımlar ətrafında fikir mübadiləsi aparıldı. Bütün bunlar Birləşmiş Ərəb Əmirliklərinə edilən səfərin konkret nəticələr verdiyini və real siyasi əhəmiyyət daşıdığını göstərir. Bir sıra beynəlxalq platformalarda və siyasi şərhlərdə də bu səfərin nə qədər məhsuldar və əhəmiyyətli olduğu xüsusi vurğulandı".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB