"Həqiqətən, onlar yaxşı liderlərdir" - Tramp Əliyev və Paşinyan haqqında danışdı

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlərdir." Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən ənənəvi səhər yeməyində çıxışı zamanı bildirib.O, bir sıra münaqişələri həll etdiyini növbəti dəfə xatırladıb: SİTAT: "Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam. Bakı və İrəvan arasında sülh prosesində irəliləyiş var. Həqiqətən, onlar yaxşı liderlərdir. Onların bildiyi tək şey mübarizə idi. Uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə