Pasinyan parlamentdə Azərbaycanla əməkdaşlıq barədə danışdı

Ermənistanın baş naziri Nikol Pasinyan parlamentdəki çıxışı zamanı Azərbaycanla enerji əməkdaşlığı barədə danışıb. Baş nazir bildirib ki, Ermənistan və Azərbaycanın enerji sistemləri TRİPP layihəsi çərçivəsində birləşdiriləcək. Bundan sonra mümkün şəraitdən asılı olaraq, qarşılıqlı fayda əldə ediləcək.

Paşinyan ölkəsinin artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20% ucuzlaşdığını qeyd edib: "Ermənistana buğda idxal edirlər, bu, qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu görürlər. Ermənistan parlamentində də kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi?”

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə