"İranda baş verən hadisələr, təbii ki, birmənalı olaraq Azərbaycan cəmiyyətini və Azərbaycan dövlətini maraqlandırır. Lakin Azərbaycan dövləti, bir cənub qonşu olaraq, İranın bu məsələlərə qarışmaq niyyətində deyil. Çünki biz bir qonşumuzun fikirləri ilə, yəni baş verən hadisələrdə öz mövqeyimizi bildiririk, oradakı soydaşlarımızın haqlarını və hüquqlarını qorumağa çalışırıq. Bir mənalı olaraq buna çağırış edirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, ancaq tam olaraq İranın daxili siyasətində gedən proseslərdə Azərbaycanın birbaşa rolu mümkünsüzdür: "Çünki Azərbaycanla İran sadəcə qonşudurlar. Təbii ki, Türkiyədə bizim oradakı soydaşlarımızı, yəni 35 milyonluq azərbaycanlıları, hadisələrdəki rolu ilə nəzərə almaq lazımdır.
Bugünkü gündə İranda gedən iğtişaşlarda və mitinqlərdə bir çox azərbaycanlının iştirak etməsinə baxmayaraq, hələlik azərbaycanlılar tam şəkildə iğtişaşlara qoşulmayıblar. Təbriz, Urmiya, Dərbənd və digər bölgələrdə artıq alovlanma gedir və bazardakı ticarətçilər də bu məsələyə qarışırlar. Sosial şəbəkələrdə yayılan informasiyalara baxdıqda isə görünür ki, oradakı azərbaycanlılar bugünkü durumla bağlı daha çox sakit və ehtiyatlı yanaşırlar.
Təbii ki, burada türk əsilli, Azərbaycan əsilli bir prezident olan Pezişkianın rolu böyükdür. O, sistem nümayəndəsi olsa da, əvvəlki mitinqlərdə gedən prosesləri daha loyal və diqqətli görərək bu formatda prezident təyin olunub. Bununla belə, bugünkü gündə onun çağırışlarını Azərbaycanlılar diqqətlə dinləyir. İranda gedən hadisələr, daxili prosesdir. Oradakı iqtisadi, siyasi və sosial sahələrdə hadisələrin bir anda artması, mitinqlərdə iştirakın genişlənməsi onu göstərir ki, İranda baş verənlər elə-belə ötüşməyəcək. Əvvəlki hadisələr müəyyən dəyişiklik yaratmışdısa, bu dəfəki proses ideoloji baxımdan daha güclü və dərin dəyişikliklərə səbəb olacaq.
İran həm iqtisadi baxımdan, həm də dövlətdə ideoloji gücünə görə daha çox inteqrasiya yolunu tutmağa məcbur olacaq – həm yaxın qonşularla, həm də gedən proseslərə daha loyal yanaşmalı olacaq. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla münasibətlərdə daha real və konstruktiv yol tutacaq, daha qəti mövqedən uzaqlaşacaq. Ermənistanla münasibətlər mövcuddur, lakin orada Ermənistan bir çox məsələlərdə kənarda qalmağa çalışır. Rusiya ilə münasibətlər isə bu gün normal səviyyədədir. Çin-Rusiya münasibətləri Rusiyanın və İranın yeni bazarlara çıxmasına və iqtisadi mövqelərini gücləndirməsinə kömək edir. Təbii ki, İran məcbur qalacaq ki, Amerikayla və ya Avropayla inteqrasiya məsələsinə yenidən baxsın, çünki bir çox hallarda loyal yanaşmaq məcburiyyətində olacaq. Daxildə gedən proseslər elə-belə ötüşməyəcək.
Sistemin çökməsi çətindir. İran güclü dövlətdir və tez dağılan bir model deyil. Tamamilə fərqli siyasi modelə malikdir. Bu səbəbdən əvvəlki İranın vəziyyəti bu gün olmayacaq. İranda bir çox dəyişikliklər baş verəcək və bunları həm regional, həm də daxili baxımdan İranın gələcək addımlarında görəcəyik. Daha yaxşı olardı ki, İrandakı proseslər dini baxımdan azalar və sekulyar bir modelə keçid baş verərdi. Lakin bunu hələ tam deyə bilmirik, çünki vəziyyət gündən-günə dəyişir və orada xarici ölkələrin kəşfiyyatlarının güclü fəaliyyət göstərdiyini görürük. Arxa planda güclü kəşfiyyatlar işləyir.
Azərbaycan bu məsələdə, birincisi, qonşu olaraq sərhədlərində sakitliyin qorunmasını istəyir. Azərbaycan, İran üçün potensial, rahat və sakit qonşudur – düzgün siyasət aparan, sərhədlərini qoruyan və sərhədlərdən tərəfə heç bir təhlükənin keçməsinə imkan verməyən bir qonşu. Bu səbəbdən İran-Azərbaycan münasibətləri çox sakitdir və Azərbaycan çox güvənilən qonşu hesab olunur. İran görür ki, üçüncü dövlətlər bu ərazidən ona qarşı təzyiq göstərməyəcəklər. Azərbaycan həm qonşu olaraq sərhədlərin sakitliyini qorumağa, həm də oradakı soydaşlarının haqlarını və hüquqlarını müdafiə etməyə çalışır. Azərbaycan əlindən gələni edəcək ki, oradakı insanlara zərər gəlməsin; bunu Prezidentin bəyanatlarında və dövlət adamlarının açıqlamalarında da görürük. Ancaq daxili siyasətə tam şəkildə qarışmaq üçün Azərbaycan hələ ki, düzgün yol tutaraq sadəcə müşahidəçi rolunda qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB