Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə müstəqil monitorinq həyata keçirib.
SİA xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Monitorinq çərçivəsində idman yarışlarında ayrı-seçkiliyin qadağan olunmasına dair mövcud milli qanunvericilik və beynəlxalq sənədlər, FIFA və UEFA tərəfindən müəyyən edilmiş standartlar, habelə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA-nın) intizam xarakterli qərarları və digər müvafiq mənbələr təhlil edilib, təklif və tövsiyələr hazırlanıb.
Aparılan monitorinq idman sahəsində, xüsusilə futbolda bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində bir sıra mühüm addımların atıldığını göstərir.
Aparılan monitorinqin nəticələri əsasında "Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizəyə dair" Monitorinq Hesabatı hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Hesabatda müvafiq sahə üzrə mövcud vəziyyətə dair təhlillər, habelə bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində təklif və tövsiyələr əks olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB