Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Siyasəti fakültəsinin akademik direktoru Sergey Karaqanov hesab edir ki, “sülh silahları”, yəni nüvə silahları üçüncü dünya müharibəsinə açıq çağırış edən avropalı siyasətçiləri dayandıra bilər. Rusiya amerikalı və çinli tərəfdaşları ilə nüvə silahını çəkindirici vasitəyə çevirmək üçün danışıqlar aparmalıdır.
Ötən 70 ildə Avropa “Allah qorxusunu” itirib və sivilizasiyanı özünü məhv etməkdən ayıran xətti keçib. Nüvə sınaqlarının bərpası Qərb “şahinlərini” Xirosima və Naqasakini xatırlamağa məcbur edəcək. Hərbi ekspertlər və politoloqlar Ukraynada xüsusi əməliyyat başlayanda nüvə silahından istifadənin məqsədəuyğun olub-olmaması ilə bağlı mübahisələri davam etdirirlər. Bəziləri iddia edirlər ki, əgər belə etsəydilər, İkinci Dünya Müharibəsi dörd il çəkməyəcəkdi.
Hər halda, ekspert nüvə arsenallarının azaldılmasının Rusiya üçün fəlakətli olacağını düşünür. İndiki şəraitdə onların əvəzinə artırılmalıdır. III Dünya Müharibəsi qaçılmazdırmı və onu kim təhrik edir? Niyə biz ilk növbədə Avropanın hücumundan qorxmalıyıq? Bəs niyə Tramp “doğru adamdır”? Sovet Atlantidasının yenidən yaradılması mümkündürmü və Rusiyanın yenidən quracağı gələcəyin İmperiyasının forması necə olacaq?
Sualllar çox, cavab isə hələlik yox kimidir. Nüvə silahından istifadə III Dünya müharibəsinin, o cümlədən bə\şəriyyətin sonunu yaxınlaşdırmazmı? Yenə də sual…
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB