"Cəbrayıl çox vacib bir rayondur. Çünki Zəngəzur Dəhlizinin üzərində yerləşir və ona görə də buraya insanların köçməsi, eyni zamanda qurulan nəqliyyat infrastrukturu da təsir göstərəcək, Zəngəzur Dəhlizinin inşasına töhfə verəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, eyni zamanda, Cəbrayıl rayonu kənd təsərrüfatı baxımından da hər zaman əhəmiyyətli sayılıb: "Kənd təsərrüfatı ənənələri burada hər zaman olub, xüsusilə də taxılçılıq və üzümçülük sahəsində. Düşünmək olar ki, gözəl iqlimə malik olan bu rayon yenidən dirçələcək. Əlbəttə ki, Azərbaycanın iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına töhfə verəcək.
Bütün bunları isə təbii ki, buraya qayıdan insanlar etməlidirlər və edəcəklər. Yeri gəlmişkən, Cəbrayıl rayonunda Aras Vadisi İqtisadi Zonası təşkil olunub. Bu zonanın inkişafı da məhz rayona qayıdan insanların taleyi ilə sıx bağlıdır. Ona görə də düşünmək olar ki, bu kompleks tədbirlər həm rayon iqtisadiyyatına, həm də ümumilikdə ölkənin iqtisadiyyatına, eləcə də buraya qayıdan insanların həyatına müsbət təsir göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB