“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Düşənbədə MDB Dövlət başçıları Şurasının iclasındakı çıxışı bir daha göstərdi ki, dövlətimiz ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə, münasibətlərin sağlamlaşdırılmasına və yaxşılaşdırılmasına böyük önəm verir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulyıb ki, səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüş və bir çox vacib məsələlərə aydınlıq gətirilməsi, münasibətlərdə yaranmış soyuqluğun aradan qaldırılmasına göstərilən təşəbbüslər bunu deməyə imkan verir.
“Ölkəmizin rəhbəri bu dəfəki, çıxışında da əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunaraq bunu hər bir ölkənin milli maraqlarına töhfə kimi qiymətləndirdi. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi dəstəklənməsini, açılış mərasiminin yüksək səviyyədə keçirilməsini, tədbirdə qonaqlarının işğaldan azad olunmuş ərazilərə səfərlərini və görülən işlərə yüksək qiymət vərdiklərini dövlətimizə göstərilən hörmət və ehtiramın ifadəsi kimi qiymətləndirdi.
Cənab Prezident lll MDB oyunlarının Azərbaycanda keçirilməsinin dostluğa, əməkdaşlığa, qarşılıqlı maraqlara hesablandığını qeyd etməklə bundan sonra da münasibətlərin yaxşılaşacağına əmin olduğunu bildirdi. Çünki bu görüşlər, qarşılıqlı münasibətlər bilavasitə dost dövlətlərin milli maraqlarına, dövlətlərin inkişafına və xalqların xoşbəxtliyinə xidmət edir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə