Ərdoğan Makronla Azərbaycan və Ermənistan arasındakı Vaşinqton sammitini müzakirə edib

Ərdoğan Makronla Azərbaycan və Ermənistan arasındakı Vaşinqton sammitini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqton sammiti çərçivəsində əldə edilmiş razılaşmaları müzakirə ediblər. SİA-nın məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində məlumat verib.

"ABŞ Prezidenti Donald Trampın 8 avqustda keçirdiyi Ermənistan və Azərbaycan arasındakı görüşü və yaranan ümidləri müzakirə etdik. Bütün sərhədlərin yenidən açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verəcək irəliləyişin davam etməsi vacibdir", - deyə Makron Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələri barədə yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə