Erməni həmkarımla görüşü kifayət qədər faydalı hesab edirəm - Nazir

Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdır. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın Ermənistanla intensiv təmasları olub və bu təmaslar davam edir: "Antalya Diplomatiya Forumunun imkanlarından istifadə edərək erməni həmkarımla ikitərəfli görüşüm baş tutdu, görüşü kifayət qədər faydalı hesab edirəm. Hər hansı görüş məsələləri həll etmək imkanı verməsə də, tərəflərin mövqeyini, arqumentlərini, əsaslandırmalarını daha detallı şəkildə müzakirə etmək fürsəti verir. Buna görə qiymətləndirməm ondan ibarətdir ki, bu görüş də faydalı idi”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə