Avropa Birliyi ölkələrinin keçirdikləri MÜHARİBƏ TƏLAŞI – TƏHLİL

“Qoca qitə” artıq Rusiyanın təcavüzündən bərk narahatdır və bu vaxta qədər guya Ukraynanı qorumağa çalışan avropalılar indi ancaq özlərini qorumaq barədə düşünürlər. Xüsusən də avropalıları narahat edən savaş, döyüş, müharibə qorxusudur. Bu baxımdan da Avropa dövlətlərinin müharibəyə hazırlaşması, aydın şəkildə müşahidə edilən hazırlıq prosesi başadüşüləndir. Başadüşülən odur ki, Avropa Birliyi ölkələrində müharibə təlaşı yaşanır.

Ziddiyyətlərin bundan sonra ciddi rəqabətə və hətta düşmənçiliyə belə səbəb olacağı düşünülür

Bütün dünya artıq xaos, qarışıqlıq qorxusu içərisindədir. Bu da təsadüfi deyil. Ümumiyyətlə, qarışıqlıqların ilkin əlamətləri getdikcə daha qabarıq şəkildə üzə çıxır deyə, narahatlıqlar da getdikcə artmağa başlayır. Avropalıların narahatlıqları daha çox diqqəti cəlb edir və Rusiyanın “həmləsindən” ehtiyat edilməsi fonunda bunun da səbəbsiz olmadığı bəllidir. Hər halda, əvvəla, Rusiyaya daha yaxın olan Avropa ölkələri daha bərk narahat olmalı olduqları qənaətində özlərini haqlı hesab edirlər. Digər tərəfdən də ona görə haqlı hesab edirlər ki, amerikalıların ruslarla bəzi “danışıqlarından” sonra “hədəfin” onların özləri olacağı barədə düşünürlər. Avropalılar elə hesab edirlər ki, proseslərin bu şəkildə gedişi onların özləri üçün böyük təhlükələr vəd edir və məhz təcavüz, müharibə təlaşı da bu səbəbdəndir.

Amerikanın yeni prezidentinin, yenidən hakimiyyətə qayıdan Donald Trampın “strateji hədəfləri” ilə bağlı avropalıların bərk qorxuları yaranıb. Beləki, avropalılar elə hesab edirlər ki, ABŞ prezidenti artıq Avropa ilə bundan sonra qətiyyən müttəfiq olmaq niyyətində deyil. Belə hesab etmələrinin də əsaslı səbəbləri var deyə düşünməkdə də özlərini haqlı hesab edirlər. Xüsusən də, yenidən hakimiyyətə qayıdan prezident Trampın strateji hədəflərinin məhz Avropa ölkələrinin, Avropa Birliyinin maraqları ilə kəskin şəkildə ziddiyyət təşkil etdiyi düşünülür. Məhz bu şəkildə düşünənlər hətta elə hesab edirlər ki, bu ziddiyyət nəinki rəqabətə, ümumiyyətlə, Amerika ilə Avropa Birliyi arasında düşmənçiliyə belə səbəb ola bilər və elə bu düşmənçiliyin də Rusiyanın müharibə istəyi ilə nəticələnəciyi təlaşı yaşanır.

Mümkün görünən savaşa, müharibəyə hazırlıq görülməsinin labüdlüyü barədə düşünülür

Son zamanlar Ağ Evin məhz Moskva ilə müəyyən danışıqlara girməsi bundan sonrakı hadisələr üçün fərqli proqnizlar ortaya qoyur. Bu vaxta qədər Ukraynanı müdafiə edənlərin indi də qarşı tərəflə danışıqlar aparmaq maraqları avropalıları bir qədər təlaşlandırıb. Amerikanın dəstəyinə arxalanan Avropa Birliyi ölkələri indi özlərini meydanda “tək qalmış” sayırlar. Belə hesab olunur ki, avropalılar təkcə dəstəkdən məhrum olmayıblar, həmçinin, Rusiyanın savaş açmaq planının da ortaya çıxma ehtimalı ilə üz-üzə qalıblar. İndi “qoca qitə” öz taleyi, özünün bundan sonrakı vəziyyəti ilə bağlı daha çox narahatdır. Hətta mümkün olacaq savaşa, müharibəyə hazırlıq görülməsinin labüdlüyü barədə də düşünülür.

Avropanın bir çox siyasətçiləri, eləcə də, hərbi-siyasi dairələri elə hesab edirlər ki, yaxşı halda, onların müəyyən hazırlıq görmələri üçün cəmisi beş il vaxtları var. Ona görə avropalılar belə bir qənaətdədirlər ki, onlar Rusiyanın müharibəyə başlamaq üçün beş il müddətində hazırlıqlı olacağını zənn edirlər. Ən yaxşı taktikanın da məhz Rusiyanın dağıdılması olduğu düşünülür. Belə hesab olunur ki, Rusiyanın dağıdılması üçün indidən ssenarilər hazırlanılmalıdır. Məsələ burasındadır, avropalılar onu da görürlər ki, Rusiyanın dağılması üçün heç bir əsas yoxdur və buna ümid etmələri də əbəs yerədir. Daha doğrusu, həmin ölkənin dağılması ilə bağlı ortada bircə dənə də “əlamət” görmürlər və buna xam xəyal deyilsə, daha doğru olar. Bax elə məhz buna görə də, bunun xam xəyallar olmasına görə də Avropa Birliyi ölkələrinin keçirdikləri təlaş başadüşüləndir.

Müharibə təlaşı artıq nəzərə çarpan həddədir və həyəcan təbili də bu baxımdan təsadüfi deyil

Bəzən avropalılar mümkün təhlükələrdən qorunmaq üçün hərbi iqtisadiyyat modelinə keçid etmək barədə də düşünürlər. Daha doğrusu, bunun çox vacib olduğu qənaətindədirlər. Məqsəd də məhz Rusiya ilə müharibəyə hazır olmaqdan ibarətdir. Hətta yüksək rütbəlilər belə hazırlıqlı olmağın vacibliyini vurğulayırlar. Müvafiq çağırışların edilməsi də müşahidə edilir. Məsələn, İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Byuden və mülki müdafiə naziri Karl-Oskar Bulin kimi siyasətçilər isveçliləri ölkədə müharibənin başlama ehtimalına hazırlıqlı olmağa çağırıblar. Bu isə onu deməyə əsas verir ki, artıq Avropa çox ciddi şəkildə bir təlaş içərisindədir.

Görünən odur ki, müharibə təlaşı artıq nəzərə çarpan həddədir. Bunu avropalı siyasətçilərin mövqeyindən hiss etmək daha asandır. Bir zamanlar yalnız Ukrayna ilə bağlı fikirlər səsləndirən siyasətçilər indi ancaq Avropa Birliyinin özü barədə müvafiq həyəcan təbili çalırlar. Az öncə ukraynalıların silahlandırılmasını gündəmə gətirənlər indi avropalıların özlərinin müharibəyə hazırlıqlı olması çağırışı ilə çıxış edirlər. Bu gün avropalılar daha Amerikadan məhz Ukraynaya deyil, özlərinə yardım istəməyə hazırlaşırlar. İndi Ukraynanı yox, Avropa Birliyi ölkələrini düşünürlər. Bu vaxta qədər Rusiyanın məhz Ukraynaya təcavüzü ilə bağlı fikirlər səsləndirib, hay-küy salanlar indi artıq Avropanı həmin ölkənin həmləsindən qorumaq üçün baş sındırmaqdadırlar. Daha dəqiq desək, özlərini qorumaq üçün yollar axtarırlar. Bu isə onu deməyə əsas verir ki, sözün əsl mənasında Rusiyanın həmləsindən qorxuya düşən Avropa Birliyi ölkələri təlaş içərisindədirlər, özü də müharibə təlaşı keçirirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə