"Ermənistan özünə böyük bacı elan etdiyi Fransa ilə müzakirə etməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Paşinyanın Amerika Birləşmiş Ştatlarına səfərinin rəsmi məqsədi hər nə qədər milli dua tədbirində iştirak etmək olsa da, lakin əsas hədəf bu deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Paşinyan bu səfər çərçivəsində maksimum şəkildə ABŞ-ın bundan sonrakı Cənubi Qafqaz planını öyrənməyə, ABŞ-la Ermənistan arasında olan münasibətlərin bundan sonra hansı səviyyədə inkişaf edəcəyi ilə bağlı ümumi bir rəyə gəlməyə çalışacaq. "Paşinyan çalışacaq ki, Bayden admistrasiyası dövründə imzalanmış strateji tərfdaşlıq müqaviləsinin xartiyasının Tramp hakimiyyəti tərəfindən də davam etdirilib etdirilməyəcəyi bağlı bir məlumat ala bilsin. Çünki indiki mərhələdə bu məsələlərin necə həll olunacaqı Paşinyan və Ermənistan hakimiyyəti üçün qaranlıqdır. Məlumdur ki, Avropa İttifaqı ABŞ-la Ermənistan arasında keçən ilin 5 aprelində keçirilən görüşdən sonra həm Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi, həm də ABŞ-la diyaloq səviyyəsində, strateji tərəfdaşlıq səviyyəsinin yüksəlməsi ilə bağlı böyük bir iş aparılırdı. Qeyd etdiyim kimi, strateji tərəfdaşlıq xartiyanın imzalanmasına şahidlik etdik, həm də Paşinyan hakimiyyətinin Avropa İttifaqının üzvlüyü ilə bağlı prosedurlara başlaması haqqında qərar verdiyini gördük. Amma bu qərarlardan sonra sanki bir susqunlq var. Trampın hakimiyyətə gəldikdən sonra Paşinyan hakimiyyətində müəyyən narahatçılıqlar var. O narahatçılıqlarda əslində səbəbsiz deil. Tramp prezident seçildikdən sonra Baydenin bir sıra qırarlarına veto qoyması və ya Bayden hakimiyyəti dövründə üzv olduğu ayrı-ayrı qurumlardan çıxması haqqında sərəncamlar imzalanması və digər məsələlər Ermənistanla bağlı planlarıda bir növ təhlükə altında qoyub. Ona görə də Paşinyan səfər çərçivəsində maksimum şəkildə Trampın özü ilə görüş olmasa belə admistrasiyanın nümayəndələri ilə görüşlər keçirməyə çalışacaq və bundan sonra ABŞ-la Ermənistan arasında olan münasibətlər üçün bir yol xəritəsi hazırlamaqa çalışacaq. Bundan sonra Fransaya səfəridə gözlənilən səfərdir. Çünki ABŞ-la görüşün nəticələrindən aslı olmayaraq bu məsələlərin Ermənistanın özünə böyük bacı elan etdiyi Fransa ilə müzakirə edilməsi lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə