Ötən il məyusluqla dolu bir il oldu...

Prezident: Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir

Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir. Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu.

SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Məhz keçən il Avropa İttifaqının normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutduğunu diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirməyib, əksinə, sarsıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə