"Ümummilli Lider mətbuat işçiləri ilə tez-tez görüşürdü" - MŞ SƏDRİ DANIŞDI

"Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatına dəyər verməsi barədə dəfələrlə yazmışıq, danışmışıq. Müstəqil Azərbaycanın mətbuat tarixində Heydər Əliyevin misilsiz rolu vardır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev jurnaistlərə, mətbuata böyük önəm verirdi: "Təsadüfi deyildi ki Azərbaycan tarixində, mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin ləğv olunması, senzuranın ləğv olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, 1998 ci ilin avqust ayında fərman verərək senzuranı ləğv etdi və Azərbaycanda mətbuatın inkişafı ilə bağlı bir çox sərəncamlara imza atdı. Mətbuatın iqtisadi vəziyyətini yaxşılaşdırmaq barədə müxtəlif tövsiyyələr verdi, fərmanlar imzaladı. O dönəmlər yazılı mətbuatın iqtisadi vəziyyəti pisləşəndə nəşriyyata olan borcları dondurdu və daha sonra bu borclar ləğv olundu".

Rəşad Məcid qeyd edib ki, Ümummilli Lider mətbuat işçiləri ilə tez-tez görüşürdü, səmimi söhbətlər aparırdı və o söhbətlər əsnasında biz görürdük ki, O mətbuatı oxuyur və lazımi qurumlara mətbuatda səslənən fikirlərlə bağlı göstərişlər verirdi: "Ümummilli Liderin mətbuatla bağlı bu ənənəsi cənab Prezident İlham Əliyevin də dövründə layiqincə davam və inkişaf etdirilir. Biz 12 dekabr Ümummilli Liderin ruhunu hörmətlə yad edir, böyük ehtiramımızı bildiririk".

Ülkər Rəhmanqızı

Bütün xəbərlər Facebook səhifəmizdə