COP29 uğurla başa çatdı - SPİKER

İki gün öncə Bakıda COP29 uğurla başa çatdı. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, tədbirin iqlim dəyişikliyi probleminin həlli üçün qlobal səylərə verdiyi töhfələr barədə hələ çox danışılacaq: “Azərbaycan lider imicini möhkəmləndirdi. COP29 çərçivəsində noyabrın 16-17-də Parlament görüşü də keçirildi. Tədbirdə 67 ölkədən 95 nümayəndə heyəti, yəni 345 nəfər parlament təmsilçisi iştirak etdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə