“Beynəlxalq müstəvidə hər iki ölkə biri-birinə dəstək olur” - ŞƏRH EDİLDİ

“Azərbaycan Gürcüstanla strateji müttəfiqdir. Bu münasibətlərin əsası hələ Ulu Öndər Heydər Əliyevin dövründə qoyulub. Ümumiyyətlə Sovet dövründə də iki ölkə arasında hər zaman xüsusi münasibət olub. Çünki Gürcüstanda da bizim çoxlu soydaşlarımız yaşayır, orada Azərbaycan dilli məktəblər var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, iki ölkə arasında hər zaman sıx münasibət olub: “Əsrin Müqaviləsi” imzalandıqdan sonra neft-qaz kəməri Gürcüstanın ərazisindən keçməyə başladı və buradan mühüm mənfəət əldə edir. Müxtəlif zamanlarda hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri olub. Bu görüşlərdə mühüm əhəmiyyətli razılaşmalar əldə olunub. Eyni zamanda beynəlxalq müstəvidə də iki ölkə hər zaman biri-birinə dəstək olur.

Son dövrlər Avropa və Amerika Gürcüstana təzyiq edir, Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışdılar. Lakin Gürcüstan hakimiyyəti buna imkan vermədi və bu prosesin qarşısını aldılar. Dost ölkə olaraq biz də Gürcüstanda hər zaman sülh olmasının dəstəkliyirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə