"Əli Kərimli kimi adamların arzuları ürəklərində qalacaq" - Siyavuş Novruzov

"Azərbaycanın apardığı müstəqil siyasət, Azərbaycan Prezidentinin xalqın haqqını heç kimə verməməsi çox ölkəni narahat edir". SİA xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunlardan biri də Amerika Birləşmiş Ştatlarıdır: "Son 50 ildə Amerika dünyada baş verən müharibələrdə iştirak edir. Amerikanın ölkələrin işlərinə qarışması onun həmişə etdiyi birbaşa işdir. Ərəb ölkələrində, dünyanın bütün ölkələrində insanlar qırılır. Qafqazda Azərbaycan həmişə müstəqil siyasət yürüdüb. Ermənistana birbaşa yardımların verilməsi Amerikanın "töhfələri"ndəndir. Daxildə onları dəstəkləyən Əli Kərimli kimi adamların arzuları ürəklərində qalacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə