Forum iştirakçıları erməni cinayətlərinin ağır nəticələrinə şahidlik ediblər - Səbinə Əliyeva

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları - 50-yə yaxın ölkənin insan hüquqları üzrə müvəkkilləri və beynəlxalq təşkilatların nümayəndələri Ağdamda ermənilərin törətdikləri müharibə cinayətlərinə, o cümlədən ekosid, kultrosid və digər cinayətlərin ağır nəticələrinə şahidlik ediblər. Bu əməlləri törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması tərəfimizdən aparılan işlərdə prioritetdir. SİA-nın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə keçirilmiş “İqlim dəyişikliyi və insan hüquqları: Ombudsman və Milli İnsan Hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının Ağdam şəhərinə səfərini dəyərləndirən Ombudsman Səbinə Əliyeva deyib.

“Onlar burada gözlədiklərindən də pis mənzərə ilə qarşılaşdıqlarını bildirdilər. Bunları oxuyub-eşitməyin və öz gözləri ilə canlı müşahidə aparmağın yaratdığı təəssürat tam fərqlidir”, – deyə Səbinə Əliyeva bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə