“Ulu Öndər Azərbaycanın dünyaya inteqrasiyasını başladıb” - HULUSİ KILIÇ DANIŞDI

“Doğma Azərbaycanın zəfərə gedən yolunun başlanğıcı 3 oktyabr 1993-cü il prezident seçkiləridir. Bu seçkilərdə Ulu Öndər Heydər Əliyev 98 faiz səs çoxluğu ilə Prezident seçilmişdir. Bu tarix müasir Azərbaycanın quruluşunun başlanğıc tarixidir. Ulu Öndər qısa zamanda müasir Azərbaycanın dünyaya inteqrasiyası prosesini başlatmışdır. On il davam edən prezidentlik dövründə başda Türkiyə və digər türk dövlətləri olmaqla, qonşu ölkələrlə münasibətlər inkişaf etdirilmişdir. Bu dövr ərzində Ulu Öndər Heydər Əliyev Qərbdəki önəmli liderlərlə əlaqə yaratmış və Azərbaycanı dünyaya tanıtmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, Azərbaycanın neft zənginliyi üzə çıxarılmış və Bakı-Tbilisi-Ceyhan neft layihəsini dünya gündəminə çevrilmişdir: “Bəzi dövlətlər bu layihəyə qarşı çıxsa da, Ulu Öndər bütün təzyiqlərə qarşı gələrək Bakı-Tbilisi-Ceyhan layihəsinin fəaliyyətini 1999-cu ildə başladılmışdır: “Ulu Öndərin vəfatından sonra Prezident seçilən Ali Baş Komandan İlham Əliyev fəaliyyətinə Ulu Öndərin fəaliyyətini davam etdirərək başlamış və Azərbaycanın inkişaf prosesini sürətləndirmişdir. Xüsusilə də ordunun gücləndirilməsi və işğal altındakı torpaqların xilas edilməsi prioritet məsələlər olub. Neftdən gələn gəlirin böyük bir hissəsi orduya ayrılmışdır. Bütün bunların müsbət nəticəsini də 44 günlük müharibəsi və 23 saat davam edən anti-terror tədbirləri ilə görmüş olduq.

44 günlük müharibədə əldə olunan zəfər həm Azərbaycanı, həm də türk dünyasını qürurlandırmışdır. Bu zəfərdən sonra isə Türk Dövlətləri Təşkilatı qurulmuşdur. Bu gün Azərbaycan bütün dünyada güclü lideri və güclü xalqı sayəsində tanınır. Azərbaycan torpaqlarını işğaldan azad edərək 200 il sonra tarixi zəfəri dadmışdır. Otuz il işğal altında qalan torpaqlarda isə bərpa işləri başlamışdır və vətəndaşlar öz yurd-yuvalarına geri qayıdır. Azərbaycanın regionun ulduzudur və Türk dünyası üçün önəmli dövlətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə