Azərbaycan Pekində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumda təmsil olunacaq

Sentyabrın 25-26-da Pekində növbəti Qlobal Dayanıqlı Nəqliyyat Forumu keçiriləcək. SİA xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı nəqliyyat: dünyanı birləşdirən logistika” mövzusunda keçiriləcək forumda plenar iclaslar, nazirlər forumu və müxtəlif mövzularda müzakirələr daxil olmaqla geniş gündəm təqdim olunacaq.

Tədbirin məqsədi qlobal nəqliyyat əməkdaşlığının inkişafı, habelə təhlükəsiz, səmərəli, ekoloji cəhətdən təmiz, inklüziv və dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün yüksək səviyyəli platforma təmin etməkdir. Müxtəlif ölkə rəsmilərinin, nəqliyyat nazirlərinin, beynəlxalq təşkilatların və iri nəqliyyat-logistika şirkətləri rəhbərlərinin, ekspertlərin iştirak edəcəyi foruma Azərbaycan nümayəndə heyəti də qatılacaq.

Qeyd edək ki, ilk Qlobal Dayanıqlı Nəqliyyat Forumu ötən ilin sentyabrında Pekində keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə