"Prezidentin İtaliyaya səfəri strateji xarakter daşıyırdı" - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənab Prezidentin İtaliyaya səfəri strateji xarakter daşıyırdı və İtaliya-Azərbaycan münasibətlərini tamamilə yeni biz mərhələyə qaldırmış oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu sözlərinə belə davam edib: "Diqqət etsək görərik ki, bu strateji tərəfdaşlığın üç mühüm istiqaməti var. Bunlardan biri enerji ilə bağlı olan məsələlərdir. Yəni, İtaliya Azərbaycandan başlayaraq Avropaya qədər uzanan 3500 km-lik Cənub Qaz Dəhlizinin sonuncu nöqtəsidir. Bu dünyada analoqu olmayan layihədir. Yəni, həm təhlükəsizlik, həm də kommunikasiyanın uzunluğu və səmərəli fəaliyyəti baxımından belədir. Çünki Avropanın hər bir ölkəsi kimi İtaliya da bu gün alternativ enerji mənbələri axtarışındadır və Azərbaycan kimi strateji tərəfdaşla əlaqələr yaratmağa nail olub. Bu Azərbaycan üçün də eyni dərəcədə əhəmiyyətlidir. Çünki nəticə etibarilə Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunan qaz ehtiyyatlarımız müxtəlif konnektorlar vasitəsilə şaxələnəərk Avropanın digər ölkələrinə çatdırılır.

İkincisi sənaye tərəfdaşlığıdır. Biz bilirik ki, Sumqayıt Kimya Sənaye Parkında italyanlarla birlikdə neft məhsullarının emalı üzrə kimya sənaye məhsullarının istehsalı prosesi gedir və bütün Avropada kimya sənayesi istehslaına, kimya sənayesinin keyfiyyətlərinə görə italiya kimya sənayesi birinci yerdədir. Bu da tərəfdaşlığımıızn ikinci hissəsidir.

Üçüncüsü mədəni əlaqələr və İtaliya şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımıza maraq göstərməsidir ki, bu da özü-özlüyündə yeni texnologiyaların bu ərazilərə gəlməsidir. Bununla bərabər həm də bir nümunədir. Yəni, bəzi Avropa ölkələr bu məsələdə tərəddüd etdiyi halda, İtaliya birbaşa Azərbaycanla tərəfdaşlıq edir. Ona görə mən düşünürəm ki, İtaliya Azərbaycan münasibətləri həm də İtaliyaAzərbaycan Avropa Birliyi münasibətləri kimi xarakterizə oluna bilər. Eyni zamanda, yaxşı olar ki, Fransa kimi bəzi Avropa ölkələri də İtaliya- Azərbaycan münasibətlərini nümunə hesab edərək Azərbaycanla bərabərhüquqlu münasibət qurmağa səy göstərsinlər. Bu bütün tərəfdaşların xeyrinə olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə